Bu şəxslər vergidən azad olunacaq   - QƏRAR

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslər vergidən azad olunacaq - QƏRAR

İqtisadiyyat

30 Yanvar 2021 15:59 1100


“Startapın müəyyən olunması meyarları”, “İnnovativ layihələrin ictimaiyyət üçün açıq reyestrinin aparılması və “Startap” pasportunun verilməsi Qaydaları” təsdiq edilib.

Yenisabah.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Nazirlər Kabineti 20 və 21 nömrəli qərarlarında öz əksini tapıb.

Qərarlara əsasən, “Startap” şəhadətnaməsi əldə edən hüquqi və fiziki şəxslərə vergi güzəştləri tətbiq olunacaq. Belə ki, fərdi sahibkar kimi innovasiya fəaliyyəti göstərən fiziki şəxslər gəlir vergisindən, mikro və ya kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslər isə mənfəət vergisindən  3 il müddətinə azad edilirlər. pizza sifarişi

Bundan əlavə, “İnnovativ layihələrin ictimaiyyət üçün açıq reyestrinin aparılması və “Startap” pasportunun verilməsi Qaydaları”da müəyyən olunub. 

Reyestrin aparılmasının məqsədi ölkədə mövcud olan innovativ layihələrin mərkəzləşdirilmiş açıq məlumat bazasını yaratmaqla, ictimaiyyətin həmin məlumat bazasından şəffaf, çevik və səmərəli istifadəsinin təmin edilməsidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!