Bu şəxslər Xankəndiyə köçürülür –   RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslər Xankəndiyə köçürülür – RƏSMİ AÇIQLAMA

Sosial

01 Dekabr 2025 12:12 31410


Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində bərpa və yenidənqurma işləri ardıcıl şəkildə davam edir. Geri qayıdan əhalinin təhlükəsiz və ləyaqətli yaşayışını təmin etmək üçün Azərbaycan dövləti bütün zəruri addımları atır, infrastruktur tam şəkildə yenidən qurulur.

“Yeni Sabah” AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd olunub ki, Xankəndi şəhərində də orada daimi qeydiyyatda olan keçmiş məcburi köçkünlərin geri qayıtması istiqamətində işlər görülür. Dövlət Komitəsinin sədri tərəfindən komitənin inzibati binasında və bölgələrdə Xankəndi və Kərkicahan sakinləri ilə bir neçə görüş keçirilib. Onların Böyük Qayıdışla bağlı sualları cavablandırılıb, müvafiq izahlar verilib. Dövlət Komitəsinin Məşğulluq sektoru və aidiyyəti dövlət qurumları tərəfindən məşğulluqla bağlı layihələr icra edilir, sakinlər təlimlərə cəlb olunur və peşə bacarıqlarına uyğun avadanlıqla təmin edilirlər. Pepperoni pizza

“İşğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı sursatlarla bağlı təhlükənin aradan qaldırılması məqsədilə təmizləmə işləri aparılır, eyni zamanda, əhali üçün maarifləndirmə tədbirləri keçirilir. Bir neçə gün əvvəl bu istiqamətdə növbəti tədbir Xankəndi şəhəri və Kərkicahan qəsəbəsinə köçürüləcək ailələr üçün təşkil olunub. Dövlət Komitəsində keçirilən görüşdə məcburi köçkünlərin sosial müdafiəsi məsələləri barədə məlumat verilib, mina təhlükəsinə dair videoçarxlar nümayiş etdirilib. Köç prosesi bərpa-quruculuq qrafikinə uyğun şəkildə həyata keçirilir”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə köçürülməsi zamanı ilk növbədə, qəzalı və ağır şəraitdə yaşayan ailələrin mərhələli qayıdışı təmin edilir. Yaşayış sahələri keçmiş məcburi köçkünlərin rahat və təhlükəsiz həyatını təmin etmək üçün bütün sosial-texniki infrastrukturla təchiz olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ilkin eminov
    Salam men goranboy rayonu qizilhacili qesebe sakini eminov ilkin nazim oglu aileliyem 2 ovladim var heyat yoldasim muellimedi ve hec bir yerde islemir ozumde surucuye birde onu qeyd edimki ozume mexsus yasayis evim yoxdu hal hazirda kirayede yasayiram mende isteyiremki oz evim olsun xankendide ev verseler gelib yasayaram
    5 months ago
  • Hafiz
    Xankəndidə kim köçürülür? Xankəndi ətraflı deyin,haml işini bilsin. Xankəndidə evlərə elə qiymət qoyublar ki,yüz il indən belə keçsə də bizi kimiləri ev ala bilməz
    5 months ago
  • Eldəniz Əliyev
    Mən Lerik Rayon orand kənd sakini Əliyev Eldəniz Yusif oğlu xankəndidə yaşaya bilər mənidə ora köçürtməyinizi xaiş edirəm
    5 months ago
  • Vidadi
    Salam men Xankəndideki evimi ermeni lié bakiya deyismisem .Bes bizim kimileri ne vaxt gonderecekler?????
    5 months ago
  • Halil
    1987-den sonra, Bakiya gelenler azad olunmus torpaqlarina geri qaytarilmalidir!!!...ve bu mecburi olmalidir!!!
    5 months ago
  • Əhməd
    Salam məndə Xankəndi şəhərinə kpşmək yaşamaq ölkə iqtisadiyyatına töhfə vermək istəyirəm hal hazırda Ağdaş RMX PHŞ də işləyirəm mümkün olsa Xankəndi şəhərində dövlət dəstəyi ilə işlərlə məşğul olmaq istəyirəm necə etmək olar necə əlaqə saxlamaq hara müraciət etmək lazımdır
    5 months ago