Bu şəxslər xarici dil üzrə qəbul imtahanından azad ediləcək -   Nazir açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslər xarici dil üzrə qəbul imtahanından azad ediləcək - Nazir açıqladı

Sosial

03 Dekabr 2019 10:06 1110


"Bu ilin oktyabrında "Doktoranturaların yaradılması və doktoranturaya qəbul" qaydalarında dəyişikliklər edilib".

"Yeni Sabah"ın APA-ya istinadən məlumatına görə, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən Doktorantların və gənc tədqiqatçıların XXIII Respublika elmi konfransında çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, doktoranturaya qəbul zamanı mərkəzləşdirilmiş formada xarici dil imtahanının Dövlət İmtahan Mərkəzi tərəfindən, fəlsəfə imtahanlarının isə müəyyən olunmuş bir və ya bir neçə təhsil və elmi müəssisələrində keçirilməsi nəzərdə tutulub: "Xarici dil üzrə beynəlxalq dil sertifikatlarına malik olanlar dil üzrə qəbul imtahanından azad ediləcək. Düşünürəm ki, bu dəyişiklik çox vacibdir. Çünki xarici dil bacarıqları olmadan elmi bazalara çıxış, yeni nailiyyətlərdən bəhrələnmək mümkün deyil". pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!