Bu şəxslərə 1300 manat veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslərə 1300 manat veriləcək

Sosial

20 Oktyabr 2025 23:54 9119


Peşə təhsili müəssisəsində təşkil olunacaq institusional akkreditasiyanın qiymətləndirilməsinə başlanılır.

Yenisabah.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) bununla bağlı hazırlıqlar işlərini başa çatdırıb.

Agentlik qiymətləndirilmə ilə bağlı ümumilikdə 6 müəllimlə müqavilə bağlayıb. pizza sifarişi

Müqavilələrə əsasən, peşə təhsili müəssisəsində təşkil olunacaq institusional akkreditasiyanın qiymətləndirilməsi işlərinə cəlb olunmuş aşağıdakı müəllimlərə qeyd olunan məbləğdə pul veriləcək:

1) İmanova Sevil Novruz qızı - 900 manat,

2) Muxtarov Ramil Məmməd oğlu - 750 manat,

3) Kərimova Aynur Allahverən qızı - 750 manat,

4) Muradlı Gültəkin Fəzail qızı - 750 manat,

5) İsrafilov Əlzamin Rəhman oğlu - 750 manat,

6) Vəliyev Ceyhun Amin oğlu - 750 manat.

Xatırladaq ki, TKTA ali təhsil müəssisəsində təşkil olunacaq institusional akkreditasiyanın qiymətləndirilməsi işlərinə cəlb olunmuş 36 müəllimə isə 1175-1300 manat məbləğində vəsait ödəyəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!