Bu şəxslərə ayda 100 manat veriləcək   - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslərə ayda 100 manat veriləcək - RƏSMİ

Rəsmi

09 Sentyabr 2024 22:33 3302


Nazirlər Kabineti vergi orqanlarının vəzifəli şəxsləri üçün elmi dərəcəyə görə əlavələrin miqdarını müəyyən edib.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, vergi orqanlarında çalışan elmlər doktoru elmi dərəcəsi olan vəzifəli şəxslərə 50 manat (bilavasitə ixtisası üzrə çalışanlara 100 manat), fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi olan vəzifəli şəxslərə 30 manat (bilavasitə ixtisası üzrə çalışanlara 60 manat) miqdarında vəzifə maaşlarına əlavələr müəyyən edilib. pizza sifarişi

Maliyyələşdirmə məsələləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə dövlət büdcəsindən ayrılmış vəsait hesabına ödəniləcək.

Qərar bu il yanvarın 1-dən tətbiq ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!