Bu şəxslərə də 190 manat veriləcək - Video

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslərə də 190 manat veriləcək - Video

Sosial

19 Aprel 2020 10:36 6815


Azərbaycanda işsiz və qeyri-formal məşğul əhalinin koroanivirus pandemiyası dövründə tam olaraq dövlət qayğısı ilə əhatə edilməsi üçün bu qrupdan olan şəxslərə verilən ödənişlərin sayı 400 min artırılaraq 600 minə çatdırılacaq. Bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ciddi iş aparılır.

“Yeni Sabah” xəbər verir ki,  bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəis müavini Cəmaləddin Quliyev deyib.

Onun sözlərinə görə, müraciət edən və qaydalara uyğun olan hər bir şəxs 190 manat müavinəti ala biləcək. Marqarita pizza

Cəmaləddin Quliyev onu da deyib ki, müraciətlərin çox olmasına səbəb qeyri-formal, yəni məşğul olmasına baxmayaraq, rəsmi iş yeri olmayan və işsiz kimi qeydiyyata düşməyən şəxslərin də 190 manat almaq istəyidir.

Onun sözlərinə görə, qeyri-formal əməklə məşğul olan şəxslər pensiya və bir sıra müavinətlərdən kənarda qalırlar. Odur ki, belə şəxslərin əmək müqaviləsi ilə əməyə cəlb edilməsi üzərində iş aparılır.

Qeyd edək ki, ölkə başçısının göstərişinə əsasən ictimai iş yerlərinin sayı 90 minə çatdırılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!