Bu şəxslərə   EV VERİLDİ

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslərə EV VERİLDİ

Sosial

08 Oktyabr 2025 20:49 580


Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 100 mənzil verilib. Mənzillər Bakının Hövsan qəsəbəsindəki yeni yaşayış kompleksindən təqdim edilib.

Yenisabah.az xəbər verir ki, 4 saylı DOST Mərkəzində mənzillərin sənədlərinin təqdim edilməsi tədbiri olub.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Prezident İlham Əliyevin şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə xüsusi qayğısı nəticəsində həmin kateqoriyalara aid vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldığını vurğulayıb. pizza hut

O bildirib ki, möhtəşəm tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib.

Qeyd edilib ki, postmüharibə dövründə həmin kateqoriyalardan olan vətəndaşlara 6 900, ümumilikdə ötən dövrdə 16 minədək mənzil və fərdi ev təqdim olunub.

Eyni zamanda, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi, sosial dəstək proqramları, reabilitasiya xidmətləri ilə əhatə olunmaları, məşğulluqlarının təminatı və s. istiqamətlərdə aparılan işlərdən bəhs olunub.

Şəhid ailələrinin üzvləri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər diqqət və qayğı ilə əhatə olunduqlarına, bu gün yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!