Bu şəxslərə hərbi xidmətdən möhlət hüququ verildi

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslərə hərbi xidmətdən möhlət hüququ verildi

Maraqlı

14 Mart 2022 09:46 1821


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (SHXÇDX) daxil olan çoxsaylı vətəndaş müraciətlərini nəzərə alaraq, təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərini rəhbər tutmaqla vətəndaşların təhsil almaq imkanlarının genişləndirilməsi məqsədilə 2022/2023-cü tədris ili üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə sənəd qəbulunda çağırışçılarla bağlı müəyyən dəyişikliklər edilib. 

Bu barədə Yenisabah.az-a Dövlət Xidmətindən məlumat verilib.

Belə ki, 18 yaşı 01.05.2022-ci il tarixdən sonra tamam olacaq əvvəlki ilin məzunlarına cari ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üzrə müsabiqədə iştirak etmələri üçün imkan yaradılıb. Marqarita pizza

Ali məktəblərə sənəd qəbulu zamanı qeyd olunan kateqoriyadan olan vətəndaşların hərbi vəzifəsi ilə bağlı SHXÇDX-nin vahid elektron informasiya sisteminə heç bir sorğu edilmədən “Abituriyentin elektron ərizəsi” birbaşa təsdiq edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!