Bu şəxslərə kirayə pulu veriləcək - Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslərə kirayə pulu veriləcək - Rəsmi açıqlama

Sosial

28 Avqust 2025 23:53 2302


Bakının Nizami rayonu, Əli Vəliyev küçəsində beşmərtəbəli yaşayış binasında baş verən partlayışda birinci girişin dörd və beşinci mərtəbələri tam qəzalı vəziyyətə düşüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Yenisabah.az-a bildirilib ki, partlayış nəticəsində qəzalı vəziyyətə düşən binada 15 mənzilin sakininə müvəqqəti kirayə pulu veriləcək.

"Həmin mərtəbələr sökülüb yenidən bərpa ediləcək. Yaxın müddətdə hökumət bununla bağlı müvafiq qərar qəbul edəcək. Layihə, smeta sənədləri hazırlanacaq, binanın bərpa işlərinə başlanılacaq. Binanın bərpası müddətində birinci girişdə yaşayan 15 mənzilin sakinlərinin müvəqqəti yaşayışı üçün kirayə haqları ödəniləcək", - məlumatda qeyd olunub. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!