Bu şəxslərə maaşdan əlavə    PUL VERİLƏCƏK

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslərə maaşdan əlavə  PUL VERİLƏCƏK

Sosial

31 Oktyabr 2025 17:20 1650


Oktyabrın 30-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) daxili qiymətləndirmənin yeni meyarlarına dair məlumatlandırıcı görüş keçirilib.

“Yeni Sabah” Modern.az-a istinadən xəbər verir ki, tədbirdə universitetin müxtəlif kafedralarından olan müəllimlər iştirak ediblər. Görüş zamanı daxili qiymətləndirmə prosesinin təkmilləşdirilməsi, yeni meyarların tətbiqi və keyfiyyət təminatı mexanizmlərinin gücləndirilməsi ilə bağlı ətraflı məlumat verilib.

Qeyd edilib ki, AzMİU-da diferensial əməkhaqqı sistemi artıq bir neçə ildir ki, tətbiq olunur. Bu sistem müəllimlərin fəaliyyətini müxtəlif keyfiyyət göstəriciləri üzrə qiymətləndirmək, onların nəticələrini izləmək və fərqlənən əməkdaşları mükafatlandırmaq məqsədi daşıyır. Dominos pizza

Yeni meyarlar çərçivəsində diferensial əməkhaqqı üç kateqoriya üzrə nəzərdə tutulur. Müəllimlərin fəaliyyət göstəricilərinə əsasən, onların əsas maaşlarına əlavə maliyyə vəsaiti, yəni əlavə əməkhaqqı (bonus) hesablanacaq. Bu yanaşma universitetdə akademik fəaliyyətin keyfiyyətinin artırılmasına və müəllimlərin motivasiyasının gücləndirilməsinə xidmət edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!