Bu şəxslərə ömürlük 1500 manat verilir - DETALLAR

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslərə ömürlük 1500 manat verilir - DETALLAR

Sosial

09 May 2025 19:16 4250


Xəbər verdiyimiz kimi, bir qrup mədəniyyət və elm xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib. Bunun bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Prezidentin fərdi təqaüdü nədir? Kimlərə verilir?

Yenisabah.az Globalinfo.az-a istinadən bildirir ki, bu təqaüd Azərbaycanın ədəbiyyat və incəsənət xadimləri ilə yanaşı, ölkəmizin elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyində və digər sahələrdə böyük əməyi olan şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə verilir. Sezar pizza

Təqaüdün məbləği 1500 manatdır və ömürlük verilir.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatına görə, vəsait plastik bank kartları vasitəsilə yalnız nağdsız qaydada ödənilir.

Lakin təqaüd alan vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə təqaüdün ödənişi dayandırılır.

Son statistik məlumatlara görə, 2024-cü ildə Prezidentin fərdi təqaüdünü alan şəxslərin 236 nəfəri kişi, 93-ü qadın olub. (329 nəfər)

2018-ci ildə bu rəqəm 414, 2019-cu ildə 416, 2020-ci ildə 416, 2021-ci ildə 365, 2022-ci ildə 341, 2023-cü ildə isə 345 olub. Yəni son illər Azərbaycan Prezidentinin fərdi təqaüdünü alanların sayında azalma baş verib.

Qeyd edək ki, təqaüd 2002-ci il iyul ayının 1-dən verilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!