Bu şəxslərə sevindirici xəbər   - PUL VERİLƏCƏK

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslərə sevindirici xəbər - PUL VERİLƏCƏK

Sosial

19 Sentyabr 2025 21:43 1261


Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərində və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarında sərnişin daşınmalarını həyata keçirən hüquqi şəxslərə və fərdi sahibkarlara subsidiya ödəniləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərmanında əks olunub.

Fərmana əsasən, "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondunun vəsaitindən "Büdcə sistemi haqqında" qanununun və dövlət xəzinədarlığı sahəsində digər normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla aşağıdakı tələblərə cavab verən nağdsız ödəniş sisteminə keçirilmiş nəqliyyat vasitələri ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən hüquqi şəxslərə və ya fərdi sahibkarlara subsidiya ödəniləcək: Marqarita pizza

- sıxılmış təbii qazla işləyən mühərriklə təchiz edilmiş avtobuslar;

- elektrik mühərriki ilə təchiz edilmiş avtobuslar;

- Gəncə şəhərinin inzibati ərazisinə münasibətdə həmçinin istehsal tarixi 2025-ci il yanvarın 1-dən sonra olan dizel mühərrikli avtobuslar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!