Bu şəxslərə vergi güzəştləri tətbiq ediləcək

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslərə vergi güzəştləri tətbiq ediləcək

İqtisadiyyat

10 Oktyabr 2022 09:16 2089


Vergi Məcəlləsinə əsasən qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

“Yeni Sabah” xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov "Xəzər Xəbər"ə deyib ki, Vergi Məcəlləsinə əsasən, gəlir vergisinə bir sıra güzəştlər nəzərdə tutulur.

Onun sözlərinə görə, himayəsində 3 uşaq olan, eyni zamanda, dövlət və neft sektorunda çalışan, əmək haqqı 2500 manatadək olan vətəndaşlar üçün güzəştlər tətbiq olunur. Marqarita pizza

"Bu, imkan verir ki, vətəndaşlar əmək haqqından daha az gəlir vergisi ödəsin. Bu isə həmin şəxslərin əmək haqlarının vergiyə cəlb edilməsinin azalması, nəticədə onların sərəncamında daha çox vəsaitin qalmasına imkan verir",- deyə V.Bayramov qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!