Bu şəxslərə xəbərdarlıq edildi -   RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslərə xəbərdarlıq edildi - RƏSMİ

Sosial

22 Aprel 2020 20:25 1072


Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsi balıq ovu ilə məşğul olanlara xəbərdarlıq edib.

Bu barədə Yenisabah.az-a qurumdan məlumat verilib.

Bildirilib ki, bu ilin aprelin 27-dən sentyabrın 1-dək balıq ovuna qadağa qoyulacaq. Qadağa təbii su hövzələrində balıq ovuna şamil edilir. Pepperoni pizza

Xəzər dənizi akvatoriyasında və Respublikanın digər sututarlarında balıqların kürütökmə dövrünün başlanması ilə əlaqədar aprelin 27-dən sentyabrın 1-dək balıq ovuna qadağa tətbiq ediləcək. Su Nəqliyyatında Polis İdarəsi balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxslərdən müəyyən olunan vaxtda və ərazilərdə balıq ovuna qoyulan qadağaya əməl etmələrini xahiş və tələb edir.

Sözügedən qadağa həvəskar balıqçılığa da şamil edilir. Qaydanı pozanlar növündən asılı olmaqla, inzibati və ya cinayət məsuliyyətinə cəlb ediləcəklər. Vətəndaşlardan xahiş olunur ki, qadağa ilə bağlı pozuntular barədə İdarənin 012 433 38 02, 012 433 38 22 (faks) nömrələrinə məlumat versinlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!