Bu şəxslərə yaxın günlərdə mənzil veriləcək   - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslərə yaxın günlərdə mənzil veriləcək - RƏSMİ

Sosial

20 May 2020 19:30 2528


Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə bu il azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Yenisabah.az-a daxil olan məlumata görə, yaxın günlərdə nazirlik tərəfindən həmin kateqoriyalardan olan vətəndaşların 2020-ci il üzrə mənzillə təminatına başlanacaq. Onlardan bir hissəsinə yeni yaşayış binalarından alınmış mənzillər veriləcək. 

Ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin 2020-ci il üzrə avtomobillə təminatı işlərinə də yaxın günlərdə başlanacaq.  Dominos pizza

Mənzillə və avtomobillə təminat tədbirləri il ərzində davam edəcək.

Xatırladaq ki, indiyədək Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7600 mənzil və fərdi ev, müharibə əlillərinə 6750  avtomobil verilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!