Bu şəxslərin evləri əlindən alınır? –   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslərin evləri əlindən alınır? – VİDEO

Sosial

19 Noyabr 2025 16:27 1530


Nazirlik əməkdaşlarına daimi yaşamaq üçün verilən mənzillərin onlardan alınacağı iddia olunur.

“Yeni Sabah”  xəbər verir  ki, bu iddia ilə Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, 107 ünvanında yerləşən Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının yaşadığı bina sakinlər “Xəzər Xəbər”ə müraciət ediblər.

Onlar bildirirlər ki, 2013-cü ildə nazirlik əməkdaşlarına sosial proqram çərçivəsində heç bir şərt olmadan daimi yaşamaq üçün mənzillər verilib. İndi isə nazirlik tərəfindən əməkdaşlardan mənzilləri tərk etmələrinin tələb olunduğu iddia edilir. Pepperoni pizza

Binada yaşayan sakinlər onu da bildirirlər ki, 2013-cü ildə bina onlara təhvil verildiyi zaman heç bir sənədləşdirilmə işləri aparılmayıb. Yalnız 2018- ci ildə evlərin sakinlərin adına rəsmiləşdiriləcəyi bildirilib. İddialara görə, hazırda 7 ailənin binadan çıxarılması barədə qərar verilsə də, növbəti mərhələdə hissə-hissə digər əməkdaşların da binadan çıxarılması nəzərdə tutulub.

Fövqəladə Hallar Nazirliyinin hüquq idarəsinin sektor müdiri səsləndirilən iddialarla bağlı “Xəzər Xəbər”ə açıqlama verib.

Daha ətraflı videoda:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!