Bu şəxslərin maaşı 1000 manat olacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslərin maaşı 1000 manat olacaq

İqtisadiyyat

18 Mart 2024 13:03 34070


2024-cü ilin fevralın 1-nə olan məlumata əsasən, Azərbaycanda ortaaylıq əməkhaqqı 1000 manatı keçən sahələrin sayı 9-a yüksəlib. 

Sfera.az xəbər verir ki, ötən ilin fevralın 1-də yeddi fəaliyyət növündə orta maaş 1000 manatı ötürdü. 

Bunlar mədənçıxarma sənayesi (orta maaş 3 000 manat), maliyyə və sığorta fəaliyyəti (2 040 manat), informasiya və rabitə (1 440 manat), peşə, elmi və texniki fəaliyyət (1 365 manat), nəqliyyat və anbar təsərrüfatı (1 199 manat), dövlət idarəetməsi və müdafiə; sosial təminat (1 090 manat), tikinti (1 020 manat) sahələri idi.  pizza mizza

Bu ilin fevralın əvvəlində daha 2 sahədə maaşlar 1000 manatı ötüb. Maaşı 1000 manatı ötən sahələr siyahısına elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı  (1 052 manat), digər sahələrdə xidmətlərin göstərilməsi (1 034 manat) sahələri də daxil olub. 

Ümumilikdə, ölkə üzrə fəaliyyət növlərində orta əməkhaqqının bu il 1000 manata çatması gözlənir. Bu ehtimal daxilində daha bir sahədə - daşınmaz əmlakla əlaqədar əməliyyatlarda orta maaş səviyyəsinin 1000 manata çatması real görünür. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ruslan
    mən işsiz oldamda bir, demək istərdim. fikrim bundan ibarətdir ki, Maaş veriləndə Paket olmasın. yəni Tam maaş, maaş karta otursun, Vergidən,də yayınılmasın. işləyib maaş alanlara da Uğurlar arzu edirəm.
    2 years ago
  • Rövşən
    Azerbaycanda sözsüz şüphəsiz adamsız yaxşı maaş gözleme !!! Mən 4 ildi bir yerde işləyirem resmi maaş alıram girenden maaş artırılacaq dediler hələdə maaş artmayıb inkişaf yoxdu bu ölkede yaşam üçün!!! Diger ölkeye didergin düşür milletim ona göre çünki bütün ölkeler bizim qeder servete malik olmasada yaşamı sosial həmdə gəlir barede dövleti terefinden əladı
    2 years ago
  • Mətanət
    Həkimlərində qalxdı maaşı tibb bacılarınıda yada salın biz olmasaq heçvaxt həkimlər işləyə bilməz!!..
    2 years ago
  • Turanə
    Tibb bacıları nə vaxt yada düşəcək görəsən?
    2 years ago
  • anonim
    Ne xeyri var iwsizem hara gedirem kim gonderir yada pul istiyirler burda iwe duzelmey ucun ya adamin olmalidi yada pul verib iwe duzelmelisen
    2 years ago