Bu şəxslərin maaşları artdı - Prezident   FƏRMANI

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslərin maaşları artdı - Prezident FƏRMANI

Siyasət

27 Yanvar 2025 18:28 1066


Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının artırılması haqqında Fərman imzalayıb.

Yenisabah.az xəbər verir ki, fərmanla Fövqəladə Hallar Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılır.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək, Fövqəladə Hallar və Maliyyə nazirliklərinə bu fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görmək tapşırılıb. Dominos pizza

Bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!