Bu şəxslərin məzuniyyət günlərinə əlavələr olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslərin məzuniyyət günlərinə əlavələr olunacaq

Sosial

03 Dekabr 2025 14:37 1557


Bəzi şəxslərin məzuniyyət günlərinə əlavələr olunacaq. 

“Yeni Sabah” xəbər verir ki, bu  məsələ Milli Məclisin Regional məsələlər komitəsi. bugünkü iclasında bir sıra qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri, ümumxalq hüzn günü və səsvermə günü məzuniyyət günləri hesab edilmir və ödənilmir, lakin məzuniyyətin müddəti bu günlərin sayı qədər uzadılır. Bu halda, Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə və bu hal əmək məzuniyyəti dövrünə təsadüf etdikdə üst-üstə düşən günlər bir gün hesabı ilə nəzərə alınacaq. Dördpendirli pizza

Mövcud qanunvericiliyə görə, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!