Bu şəxslərin pensiya yaşı... – Mühüm AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslərin pensiya yaşı... – Mühüm AÇIQLAMA

Sosial

27 May 2025 14:50 712


"Ölkədə həkim çatışmazlığının aradan qaldırılması üçün  pensiyaya çıxmaqla bağlı 65 yaş həddi aradan qaldırılmalıdır. Necə ki, qanunda dəyişiklik edilib müəllimlərlə bağlı bu tələb aradan qaldırıldı, bu həkimlərə də şamil olunmalıdır”.

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin iclasında deyib.

Ölkədə həkim çatışmazlığı ilə bağlı deyilən fikirlərə aydınlıq gətirən komitə sədri Əhliman Əmiraslanov deyib ki, əslində Azərbaycanda həkim çatışmazlığı ilə bağlı problem yoxdur və  adambaşına düşən həkim sayına görə çoxdur. “Burada problem  həkimlərin düzgün bölüşdürülməməsi, Bakıya toplaşması ilə bağlıdır. Həkimlərin bölgələrə getməməsinin səbələri araşdırılmalıdır. Səhiyyə Nazirliyi bu barədə ciddi düşünməlidir”, - deputat bildirib. pizza hut

Plastik cərrah məsələsinə gəldikdə komitə sədri deyib ki, Səhiyyə Nazirliyinin plastik cərrahlarla bağlı seçimi düzgündür və bu təqdir olunasıdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!