Bu şirkət Dağlıq Qarabağ regionu ilə bağlı səhvini etiraf edib

saytların hazırlanması

Evə çatdırılma

Bu şirkət Dağlıq Qarabağ regionu ilə bağlı səhvini etiraf edib

Hadisə

17 Noyabr 2020 16:00 4002


ABŞ-ın “Johnson & Johnson” şirkəti Dağlıq Qarabağ regionu ilə bağlı səhvini etiraf edib.

Yenisabah.az xəbər verir ki, bu barədə şirkətin bəyanatında deyilir.

Bəyanatda qeyd olunub ki, münaqişə dövründə şirkət regionun adını səhv olaraq qeyd edib: pizza sifarişi

“Son zamanlar Ermənistanla Azərbaycan arasında münaqişədə “Johnson & Johnson”un mövqeyi barədə müxtəlif fikirlər səsləndirilib. Biz münaqişə regionunu sosial şəbəkədə səhv adlandırmışıq. Səhv olduğunu təsdiq edirik və bundan təəssüf edirik”.

Qeyd edək ki, bir müddət əvvəl “Johnson & Johnson” “Twitter” səhifəsində Dağlıq Qarabağ münaqişəsində zərər çəkənlərə yardım məqsədilə vəsait toplandığını elan etmiş və regionu “Artsax” adlandırmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!