“Bu, Siyavuşun həyatındakı ən düzgün qərardır...” 

saytların hazırlanması

Evə çatdırılma

“Bu, Siyavuşun həyatındakı ən düzgün qərardır...” 

Siyasət

25 Avqust 2020 11:28 1449


Deputat Siyavuş Novruzov ötən gün Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini vəzifəsindən istefa verib. Buna səbəb onun AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirakından sonra verdiyi sensasiyalı açıqlamalar olub.  

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Siyavuş Novruzovun bu istefasını təqdirəlayiq hesab edib:

“Siyavuş Novruzovun  bu istefasını Azərbaycanda ilk istefa mədəniyyətinin  bir nümunəsi kimi dəyərləndirmək olar. Bu adam özü öz hərəkətinə qiymət verib və özünü cəzalandırıb. Ona görə də mən bunu tamamilə düzgün bir hərəkət hesab edirəm. Məsələn, Siyavuş Novruzov  gözləyə bilərdi, nəticədə YAP onu çıxarardı, yaxud prezident qovardı, amma o, tez istefa verməklə özünün qeyri-qanuni hərəkətlərinin məsuliyyətini prezidentin və öz partiyasının üzərindən götürdü. Bu səbəblə atdığı addım alqışa layiqdir. Düzdür, onun toya getməsi, meydan sulaması, “əcəb edib getmişəm” deməsi yanlışdır, amma bundan sonra istefa verməsini Siyavuşun  həyatındakı bəlkə də ən düzgün qərar olaraq qiymətləndirirəm. Çünki partiyasının sədrini xalqın qınağından xilas etmək üçün doğru addımı atıb”. pizza mizza

Millət vəkilinin YAP-dan çıxacağı halda ADP-yə qəbul ehtimalına gəldikdə Sərdar Cəlaloğlu qeyd edib ki, nə Siyavuş Novruzov  onların partiyasına gələr, nə də ADP onu qəbul edər:

“Nə üçün gəlməlidir? Qətiyyən mümkün deyil. Səbəbi isə odur ki, onun 30 illik əsas məhsuldar dövrü Yeni Azərbaycan Partiyasına xidmətlə keçib. Müəyyən mənada bizim bəyənmədiyimiz bir siyasətin həyata keçirilməsinə xidmət edib. Ömrünün qalan hissəsində nə qədər çalışsa da, o, əvvəllər xalqa qarşı tutduğu yanlış mövqenin nəticələrini aradan qaldıra bilməyəcək”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!