“Bu sözlər onun səviyyəsinə yaraşmır“ - Baş infeksionistdən Zaura cavab

saytların hazırlanması

Evə çatdırılma

“Bu sözlər onun səviyyəsinə yaraşmır“ - Baş infeksionistdən Zaura cavab

Sosial

29 Aprel 2020 18:44 1303


“Bu sözlər onun səviyyəsinə yaraşmır. Təəssüf edirəm ki, belə ifadələr işlədib”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında ölkənin baş infeksionisti Cəlal İsayev ATV telekanalında yayımlanan “Bizimləsən” sosial-ictimai proqramının aparıcısı Zaur Baxşəliyevin onun reklama çəkilməsini tənqid etməsinə cavab olaraq deyib.

O bildirib ki, ölkədə koronavirus pandemiyası ilə bağlı kifayət qədər informasiyalar verilir və maarifləndirmə işləri aparılır: pizza hut

“Müasir cəmiyyətdə reklam çəkilişləri hər zaman aparılıb. Sözügedən reklam çarxının özü də müəyyən mənada maarifləndirici xarakter daşıyır. Mən başa düşə bilmirəm, Zaur bəy nə üçün mənim haqqımda belə ifadələr işlədib. Mən onun verilişində də mütəxəssis kimi iştirak etmişəm.

Yəqin, o mənim televiziyalarda, mətbuat konfranslarında koronavirus pandemiyası ilə bağlı vətəndaşlara tövsiyələrimdən, qabaqlayıcı tədbirlərlə bağlı verdiyim məlumatlardan xəbərsizdir. Onun haqqında yüksək fikirdə idim. Bu sözləri onun səviyyəsinə yaraşdırmıram. Gərək deməzdi, amma deyib. Nə deyə bilərəm? Canı sağ olsun. Amma gərək belə sözlər söyləməzdi”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!