Bu stadionun təmirinə 1 milyard avro xərclənəcək

saytların hazırlanması

Evə çatdırılma

Bu stadionun təmirinə 1 milyard avro xərclənəcək

İdman

25 Aprel 2023 12:25 968


"Barselona" ev oyunlarını keçirdiyi "Kamp Nou"nun  yaxın vaxtlardakı təmiri üçün təqribən 1 milyard avro xərcləyəcək. 

Yenisabah.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Kataloniya təmsilçisinin rəsmiləri vəsait toplamaq üçün sərmayədarlarla razılaşmağa nail olublar. Layihənin əsasını stadion tutumun artırılması və əvvəllər stadionda olmayan dam örtüyünün quraşdırılması təşkil edir. Bu, həmçinin bütün tribunaların, tribunaaltı otaqların və yükdaşıyan konstruksiyaların yenidən qurulmasını və təmirini nəzərdə tutur. 

"Barselona" stadionun tikintisi başa çatdıqdan sonra tanınmış musiqi platforması ilə promo-müqavilədən əldə olunan gəlirdən istifadə edərək krediti qaytarmağa başlayacaq.  Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!