Bu sürücülərə cərimə yazılacaq 

saytların hazırlanması

Evə çatdırılma

Bu sürücülərə cərimə yazılacaq 

Avto

12 Aprel 2020 10:01 2144


Nəqliyyat vasitələrinin icbari sığorta şəhadətnamələri onlayn şəkildə verilir.

“Yeni Sabah” xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosundan verilən məlumatda bildirilib. Qeyd edilib ki, bunun üçün nəqliyyat vasitəsi sahibinin sığorta şirkətinə  gəlməsinə ehtiyac yoxdur:

"Dövlət Yol Polisi İdarəsinin COVİD 19 pandemiyası ilə əlaqədar elan edilmiş karantin rejimində hərəkətdə olan avtomobillərin xüsusi texniki vasitələrlə aşkarlanması prosesinin dayandırılması barədə qərarı müddəti bitmiş  icbari sığorta müqavilələrinə aid deyil. Avtomobilin icbari sığorta müqaviləsinin müddəti bitibsə və sürücü buna baxmayaraq nəqliyyat vasitəsini idarə etməyə davam edirsə, həmin avtomobil xüsusi texniki vasitələrlə aşkarlanacaq.   Müvafiq qaydada cərimə tədbiq olunacaq". Pepperoni pizza

Rəsmi məlumatda həmçinin bildirilib ki, karantin müddətində sığorta şirkətlərinin fəaliyyətində heç bir məhdudiyyətin olmadığı üçün  İcbari Sığorta Bürosu sürücüləri nəqliyyat vasitələrinin icbari sığorta şəhadətnamələrinin alınmasını onlayn şəkildə həyata keçirməyə çağırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!