“Bu sürünün qarşısında durmalıyıq“ - Deputat polisə hücumları pislədi

saytların hazırlanması

Evə çatdırılma

“Bu sürünün qarşısında durmalıyıq“ - Deputat polisə hücumları pislədi

Siyasət

08 İyun 2020 19:47 2422


"Bu sürünün qarşısında durmalıyıq. Bunlar vətəndaş deyillər, Vətəni qasrışdırmaq istəyən yaramazlardır. Bəli, karantin dövrü müharibə dövrüdür. Onun sərt qaydalarına tabe olmaq lazımdır".

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa Yasamalda bir qrup şəxsin polisə zibil atması və bu hadisəni sosial şəbəkələrdə dəstəkləyən insanlara münasibət bildirərkən deyib.

"Belə bir dövrdə öz vəzifə borcunu yerinə yetirən Azərbaycan polisinə zibil atmaq, güllə atmağa bərabərdir. Bu sadəcə əxlaqsızlıq və şərəfsizlik deyil, məqsədyönlü təxribatdır. Polis də bu Vətənin övladıdır, sən evində istirahət edəndə 3 aydır küçələrdə təhlükə ilə üz-üzə qalıb vətəndaşları qorumağa çalışır. Xeyli sayda polis və ailəsi koronavirusdan əziyyət çəkir. Mədəni şəkildə hər kəs polisə iradını bildirə bilər, qanuna uyğun şəkildə şikayət edə bilər, sosial şəbəkədə məhz bu hadisəyə görə polisə qarşı total hücum edən yaramazları ən sərt şəkildə cəzalandırmaq lazımdır", - deyə Fazil Mustafa bildirib. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!