Bu tarixdə dollarla bağlı vacib qərar veriləcək 

saytların hazırlanması

Evə çatdırılma

Bu tarixdə dollarla bağlı vacib qərar veriləcək 

İqtisadiyyat

18 Mart 2024 14:18 3520


Martın 20-də ABŞ-nin Federal Ehtiyatlar Sisteminin (FED) Pul Siyasəti Komitəsinin iclası keçiriləcək. 

Metbuat.az xarici mediaya istinadən bildirir ki, iclasda dolların mart ayı üzrə faizi ilə bağlı qərar veriləcək. 

İqtisadçılara görə, FED-in 2024-cü ilin ilk yarısında faiz endiriminə başlaya bilmə ehtimalı zəifləyib. Çünki həftə ərzində ABŞ-da açıqlanan həm istehlakçı, həm də istehsalçı inflyasiyası proqnozları aşıb.  Dördpendirli pizza

İclasda faiz dərəcəsinin sabit saxlanılacağı ehtimal edilir. FED-in faizləri may ayında azaltmağa başlaması ehtimal 7%, iyun ayında isə 59% olaraq dəyərləndirilib. 

Qeyd edək ki, bu ilin ilk faiz qərarı yanvarda açıqlanıb və faiz dərəcəsini 23 ilin ən yüksək səviyyəsi olan 5,25-5,50% səviyyəsində sabit saxlanılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!