“Bu, tarixdə misli görünməmiş bir alçaqlıqdır” -   Tamam Cəfərova

saytların hazırlanması

Evə çatdırılma

“Bu, tarixdə misli görünməmiş bir alçaqlıqdır” - Tamam Cəfərova

Siyasət

12 Oktyabr 2020 11:31 1294


“Ermənistanın Gəncəni raket atəşinə tutması həm də onu göstərir ki, işğalçı ölkə əvvəlki illərdə olduğu kimi yenə də dünya ictimaiyyətinin çağırışlarını heçə sayır, bütün beynəlxalq konvensiyaları kobud şəkildə pozmaqda davam edir. Bunun isə tək səbəbi indiyə kimi Ermənistanın cəzasız qalması və işğalçı ölkəyə qarşı hər hansı bir beynəlxalq sanksiyanın tətbiq olunmamasıdır”.

Bu barədə millət vəkili Tamam Cəfərova Yenisabah.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, Ermənistan ordusu humanitar atəşkəsə qəti şəkildə riayət etmir, cəbhə bölgəsində hərbi əməliyyatları davam etdirməyə çalışır, Azərbaycanın Gəncə, Mingəçevir, Tərtər, Ağdam və digər yaşayış məntəqələrini, mülki əhalini intensiv raket atəşinə tutmaqda davam edir: “Azərbaycanın ikinci ən böyük və 500 mindən çox əhalisi olan, cəbhə xəttindən  80 kilometr uzaqlıqda yerləşən Gəncə şəhərinin Ermənistanın siyasi və hərbi rəhbərliyinin əmri ilə raket atəşinə tutulması düşmən ölkənin faşist və təcavüzkar xislətini  bir daha sübut edir”. Toyuqlu pizza

Deputat deyib ki, Ermənistanın bu barbar və vəhşi hücumu nəticəsində yaşayış binaları dağılıb, 9 mülki şəxs ölüb və 30-dan çox Gəncə sakini yaralanıb: “Ölənlər arasında uşaq və qadınlar da var. Ermənistanın bu cinayəti dinc və günahsız azərbaycanlılara qarşı törədilən və Xocalıdan sonra növbəti soyqırımı aktıdır. Bu, müharibə cinayətidir və mülki insanlara qarşı soyqırımıdır. Atəşkəsin elan olunmasından sonra Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı açıq hücum etməsi, onlarla insanı öldürməsi və yaralaması tarixdə görünməmiş bir alçaqlıqdır. Ermənistan bu cinayət əməli ilə bir daha sübut etdi ki, o heç zaman əldə olunan razılaşmaya, imzaladığı sənədə əməl etməyib. Nə qədər ki, beynəlxalq içtimaiyyətdə hələ də ikili standartlar davam edir, bəzi ermənipərəst dövlətlər Ermənistanı açıqca dəstəkləyir, bu cinayətlər davam edəcək. Necəki, Azərbaycana qarşı 1990-cı illərdən faktiki olaraq başlayan soyqırım siyasəti bu gün də davam edir. Dünyanın beynəlxalq hüquqa, xüsusilə humanitar hüquqa, insani dəyərlərə  hörmət edən dövlətləri Emənistanın bütün dünya qarşısında bu qədər açıq və birmənalı şəkildə müharibə cinayəti törətməsinə laqeyd qalmamalıdır”.  

Millət vəkili T.Cəfərova beynəlxalq ictimaiyyəti, xüsusilə BMT, ATƏT və diğər beynəlxalq təşkiatları günahsız dinc əhalini, o cümlədən uşaq və qadınları qətlə yetirən Ermənistana qarşı ciddi addımlar atmağa, təcavüzkarı durdurmağa, bu vəhşiliyi, vandalizm aktını qəti şəkildə pisləməyə çağırıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!