Bu tarixlərdə regiondan paytaxta geri qayıtmaq mümkün olacaq - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

Bu tarixlərdə regiondan paytaxta geri qayıtmaq mümkün olacaq - Rəsmi

Sosial

19 Mart 2020 14:26 753


"Mart ayının 27 və 28-i tarixlərində regiondan paytaxta geri qayıtmaq istəyən Bakı, Sumqayıt və Abşeron qeydiyyatı olan sərnişinlərin geri dönüşü təmin olunacaq".

"Yeni Sabah"  xəbər verir ki, bu sözləri Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib. 

O bildirib ki, şəxsiyyət vəsiqələri yoxlanılaraq geri dönüş təmin olunacaq: Dördpendirli pizza

"Region qeydiyyatında olan sərnişinlərdən xahiş edirik ki, avtovağzallara "qayıda bilərəm" ümidi ilə yaxınlaşmayın. DANX və digər aidiyyatı strukturların əməkdaşları region avtovağzallarına ezam olunacaq və o müddətdə şəxsiyyət vəsiqələri yoxlanılaraq geri dönüş təmin olunacaq.

22, 23, 24, 25, 26 mart tarixləri üçün gediş-gəlişin hansı formada təyin olunacağına gəlincə, əgər tələbat olarsa, əlavə reyslər təmin oluna bilər. Bu barədə əlavə məlumat veriləcək". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!