Bu, təkcə Paşinyanın iflası deyil...

saytların hazırlanması

Evə çatdırılma

Bu, təkcə Paşinyanın iflası deyil...

Siyasət

07 Oktyabr 2020 13:46 1838


Sentyabrın 27-dən Qarabağda başlayan yeni eskalasiya Ermənistanın bu məsələdə haqsız olduğunu bir daha ortaya qoydu.

Qarabağda müharibənin alovlanacağı gözlənilən idi. Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağa intensiv səfərləri, orada verdiyi avantürist açılamaları, “Qarabağ Ermənistandır, nöqtə” bəyanatı onsuz da İrəvanın sülh prosesində səmimi olmadığını göztərirdi. Lakin Bakı təmkinini pozmur, münaqişənin sülh yolu ilə həllinə nail olunması istiqamətində səylərini davam etdirirdi. Hətta Azərbaycanın tarixi şəhəri, hazırda Ermənistanın işğalı altında olan Şuşada qondarma Dağlıq Qarabağ Respublikasının yeni “prezidenti”nin “andiçmə mərasimi”nin keçirilməsi belə, Bakını müharibəyə tələsdirə bilmədi. 

Azərbaycan səbr etdikcə İrəvan daha da uzağa gedərək iyulun 12-də Tovuz istiqamətində hərbi təxribata əl atdı. Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun layiqli cavabı ilə geri oturduldu. Daha sonra İrəvanın məskunlaşdırma adı altında Orta Şərq ölkələrindən terroçu qrupları Dağlıq Qarabağ və işğal altında olan ətraf rayonlara terrorçu qrupları yerləşdirməsi üzə çıxdı. Bakı dərhal dünyanı baş verənlər barədə xəbərdar etdi. Lakin adekvat tədbirlər görülmədi. Dominos pizza

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı isə son hədd oldu. Bakıdan düyməyə basıldı və Azərbaycan Ordusu işğal altında olan ərazilərdə əks-hücum əməliyyatına start verdi. Qısa müddət ərzində ərazilərin xeyli hissəsi işğaldan azad olundu. Ermənistan tərəfinin çox sayda canlı qüvvəsi və hərbi texnikası məhv edildi.

Ermənistan hələ yeni eskalasiyadan əvvəl beynəlxalq rəyi çaşdırmaq üçün Azərbaycanı aqressor kimi təqdim etməyə çalışırdı. Lakin müşahidələr göstərirdi ki, dünya artıq ermənilərin “Artsax nağılı”na inanmır. BBC-nin “Hard talk” verilişində aparıcı Stiven Sakurun Nikol Paşinyana verdiyi kəskin suallar buna misal ola bilər. Aparıcı “iyul təxribatı” və Ermənistanın başqa təxribatçı addımlarından danışıb. Stiven Sakur Paşinyanın Xankəndinə səfər edib “Qarabağ Ermənistandır” deməsini açıq-aşkar təxribat adlandırıb. Baş nazir isə dediklərinə haqq qazandırmaq üçün tarixə baş vurmaq istəyib. Stiven Sakurun cavabı isə belə olub: “Biz sizin tarixi minilliklərinizi indi araşdıra bilmərik. Edə biləcəyimiz bu günün reallığına baxmaqdır. BMT-nin Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxması barədə 4 qətnaməsi var. Bunun pozmusunuz. Beynəlxalq hüquqa görə sizin qüvvələr işğal həyata keçirir və siz ora gedib bu ərazilərin sizə aid olduğunu bəyan edirsiniz. Aydındır ki, siz sülh qurucusu deyilsiniz”, - deyə aparıcı vurğulayıb.

Təbii ki, poblem yalnız Paşinyanın uğursuz siyasi fiqur olması ilə bağlı deyil. Sadəcə Ermənistan rəhbərliyi Dağlıq Qarabağ məsələsində haqsız mövqe sərgiləyir. Bu mövqenin isə bütün platformalarda iflasa uğraması labüddür.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!