"Koronavirusla bağlı zəruri tədbirlərin görülməsilə əlaqədar dərslərin müvəqqəti dayandırıldığını nəzərə alaraq təhsilin davamlılığının təmin edilməsi məqsədilə sabahdan Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bütün dərslər distant formada təşkil ediləcək".
"Yeni Sabah" xəbər verir ki, bu barədə məlumatı UNEC-in rektoru Ədalət Muradov sosial səhifəsində paylaşıb.
O qeyd edib ki, tətbiq ediləcək distant təhsil əyani təhsilin alternativi kimi düşünülüb: Pepperoni pizza
"Distant təhsilə qoşulmaq üçün mobil telefon interneti yetərlidir. Distant formada təşkil edilən dərslər müvafiq proqramla nəzərdə tutulmuş dərsləri əvəz edəcək. Sistemə qoşulan tələbə avtomatik olaraq elektron jurnalda "iştirak edir" kimi qeydiyyata alınır. Hər bir tələbə müəllimə distant dərs zamanı sual vermək imkanına malikdır. Müəllimin distant formada oxuduğu mühazirəsi avtomatik olaraq yazılacaq və hər bir tələbə həmin mühazirəni dərsdən sonra da dinləyə və görə biləcək. Dərs cədvəli və bununla bağlı ətraflı məlumat bu gün hər birinizin şəxsi kabinetinə göndəriləcək".
Telegram kanalımız