Bu universitetə rektor əvəzi təyin olundu

saytların hazırlanması

Evə çatdırılma

Bu universitetə rektor əvəzi təyin olundu

Rəsmi

04 İyun 2024 17:55 1142


Üzeyir Ələmşah oğlu Zeynalov Mingəçevir Dövlət Universitetinə (MDU) rektor əvəzi təyin edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Mingəçevir Dövlət Universitetinə yeni prorektor təyin olunub. Əmrə əsasən, Üzeyir Ələmşah oğlu Zeynalov MDU-nun tədris məsələləri üzrə prorektoru vəzifəsinə təyin edilib. Nazirin digər əmrinə əsasən, Ü.Zeynalov MDU rektorunun vəzifəsini müvəqqəti icra edən şəxs təyin olunub. pizza

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov Ü.Zeynalovu MDU-nun akademik-inzibati heyət üzvlərinə təqdim edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Mingəçevir Dövlət Universitetinin bundan əvvəlki rektoru Şahin Vaqif oğlu Bayramov vəzifəsindən azad edilərək Qarabağ Universitetinin rektoru təyin olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!