Bu universitetin əməkdaşlarına şad xəbər   - Maaş artırıldı

saytların hazırlanması

Evə çatdırılma

Bu universitetin əməkdaşlarına şad xəbər - Maaş artırıldı

Sosial

16 Oktyabr 2019 17:21 1279


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bütün əməkdaşlarının əmək haqları ortalama 20% artırılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə qərar ADNSU-nun Elmi Şurasının 16 oktyabr 2019-cu il tarixində keçrilmiş iclasında qəbul olunub.

Əmək haqlarının artırılması “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli Fərmanının 6-cı bəndinin icrasının təmin olunması məqsədilə Nazirlər Kabinetinin 2019-cu il 3 oktyabr tarixli Qərarı sayəsində gerçəkləşib. Həmin qərara əsasən, ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrində təhsil alan hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı artırılıb. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!