Bu universitetin tarixində ilk: Qadın dekan seçildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Bu universitetin tarixində ilk: Qadın dekan seçildi - Foto

Sosial

16 Dekabr 2019 16:46 1261


Azərbaycan Texniki Universitetində (AzTU) dekabrın 1-dən başlayan dekan seçkisi davam edir.

"Yeni Sabah" xəbər verir ki, bu gün daha bir fakültənin dekanı məlum olub.

Seçkinin nəticələrinə görə, Əzizova Lalə Əlisəttar qızı “Energetika, elektrotexnika və avtomatika” fakültəsinin dekanı seçilib. Qadın namizədin dekan seçilməsi AzTU tarixində bir ilkdir. pizza hut

Xatırladaq ki, Lalə Əzizova 1968-ci ildə Bakıda anadan olub. 1986-1991–ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Energetika fakültəsini “İstilik elektrik stansiyaları” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2018-ci ilin iyul ayından "İstilik energetikası" kafedrasında kafedra müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, o, 66 elmi və tədris metodiki işin müəllifidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!