Bu vəzifəli şəxs üçün qanı kim verib? - “Buna görə ödəniş edilmir”

saytların hazırlanması

Evə çatdırılma

Bu vəzifəli şəxs üçün qanı kim verib? - “Buna görə ödəniş edilmir”

Sosial

18 Oktyabr 2025 13:24 869


Hazırda reanimasiyada olan Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev üçün qan donoru axtarılırdı.

Oğlu Səbuhi Vəliyev "Yeni Sabah”a bildirib ki, atasının müalicə olunduğu "Məlhəm" Beynəlxalq Hospitalı kənardan heç bir qan nümunəsi qəbul etmədiyi üçün Hematologiya və Transfuziologiya İnstitutunun nəzdinkəki Qan Bankına müraciət olunmayıb:

“Qan vermə prosesinin müəyyən şərtləri var, xəstəni risk altına almaq istəmirlər. Atam üçün +2 qan qrupuna ehtiyac var idi. Ona görə də qoyulan şərtlərə cavab verən insanların müraciəti nəzərə alındı və ona uyğun qan nümunələri götürüldü. Pepperoni pizza

Nümayəndələr qan verən şəxsin hər biri ilə şəxsən görüş keçirdilər. Analizlərin də nəticələri 15-20 dəqiqə ərzində çıxdı və proses icra olundu. Bir sözlə, kənardan qəti şəkildə heç bir nümunə qəbul etmirlər”.

Səhiyyə Nazirliyinin Qan Bankı PHŞ-dən “Yeni Sabah”a bildiririldi ki, onlar yalnız donorlarla çalışırlar və verilən qana görə hər hansı ödəniş tələb edilmir:

“Kiminsə özünə və ya yaxınına qan lazım olursa, Qan Bankına müraciət edir, donorlar da həmin şəxslərlə birlikdə gəlir. Qəbul edilən şəxslərdən qan nümunələrini götürüb, arayışlara təqdim edilir.

Qan Bankında yalnız dövlət xəstəxanalarının müraciətlərinə baxılır. Göndərdiyimiz arayış da qan nümunələri ilə birlikdə xəstəxanaya təqdim edilir. Özəl müəsislərlər bağlı proseslərə isə hər bir təyin olunan həkimin özü baxır. Bu proseslərlə bağlı da hər hansı ödəniş edilmir. İşimiz sırf donorlarla çalışmaqdan ibarətdir”.

Qeyd edək ki, 18 - 65 yaşları arasında olan hər sağlam insan qan verə bilər. Qan vermə müddəti kişilər ən tez 2 aydan bir, qadınlar isə ən tez 3 aydan bir olmaqla ildə 4 dəfədən çox olmamaq şərtilə qan verə bilərlər. Çəkisi 50 kq-dan çox olan hər kəs qan verə bilər. Verilən qan standart olaraq 450 mL’dir. İnsan orqanizmində ümumi 5000-6000 mL qan olduğunu nəzərə alsaq, bu miqdar, ümumi qan həcminin sadəcə 7,5 - 9 % qədərdir. Hüceyrələrin yenilənməsi isə, 2 aya qədər vaxt alır. Davamlı qan vermək insan orqanizmi üçün nəinki ziyandır, əksinə, bir çox xeyirli tərəfləri var.

Kimlər qan verə bilməz? 

Hepatit B, Hepatit C, AIDS - heç bir halda. Malyariya - müalicə olunandan 3 il, vərəm xəstələri isə müalicə olunandan 5 il sonra qan verə bilərlər. Hamilə qadınlar da qan verə bilməzlər. Doğum və ya hamiləliyin sonlandırılmasından 6 həftə sonra. Qanaxmaya meyli olan insanlar isə əksinə, heç vaxt qan verə bilməzlər. Siyahıda bronxit, epilepsiya xəstələri də var. Diabet - qanda şəkərin miqdarı normal olan halda qan verə bilər. Anemiya diaqnozu qoyulmuş insanlar donor ola bilməzlər. Allergiya, astma xəstələri, habelə allergiyası olanlar. Cərrahi əməliyyat olunmuş insanlar 6 aydan sonra qan verə bilərlər.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!