“Bu vəziyyəti yaradan məhz Emin Əmrullayevin pul qazanmaq sevdasıdır”

saytların hazırlanması

Evə çatdırılma

“Bu vəziyyəti yaradan məhz Emin Əmrullayevin pul qazanmaq sevdasıdır”

Sosial

27 İyun 2025 16:45 18120


"Təhsildə rüşvət amilini aradan qaldırmaq üçün birinci növbədə təhsilin idarəetmə sistemində işləyən şəxslər, başda nazir Emin Əmrullayev olmaqla şəffaf işləməlidir. Bir ölkənin təhsil naziri şəxsən brifinqdə açıq şəkildə bildirirsə ki, olimpiada ödənişli olmalıdır. Müəllimləri məcbur edirlər ki, valideynlərdən olimpiadaya pul toplasınlar, Təhsil İnstitutuna göndərsinlər. Təbii ki, belə halda müəllimin pul almaq məsələsində daha da əl-qolu açılır".

Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, bunu təhsil ekspert Elşən Qafarov deyib.

O əlavə edib: "Müəllimlərdən tələb edirlər ki, nəyin bahasına olursa-olsun, valideyndən pul yığılmalıdır. Bu da rüşvətin bir formasıdır. İkincisi, Elm və Təhsil Nazirliyinin vəzifəsi ölkədə dövlətin təhsil siyasətini həyata keçirməkdir, imtahan yox. Bu gün isə istər nazirlik, istər MÜTDA, istər ölkədə təhsil sahəsində yeganə elmi-pedaqoji araşdırma aparacaq elmi-tədqiqat institutu olan Təhsil İnstitutunun işi imtahanlar keçirməkdir. Sual olunur, bu qədər imtahanlar nə üçündür? pizza sifarişi

Hamımız bilirik ki, kadr seçimində neqativ hallar baş alıb gedir. Bunun başında Emin Əmrullayev özü, eyni zamanda Təhsil İnstitutunun direktoru Elmir Əliyev durur. Nazir və onun yaxın dostu təhsil sistemində rüşvətin başında durursa, o, rüşvətə qarşı necə mübarizə apara bilər?!

Fikir verirsiniz, hansısa ayrı-ayrı hallar ictimailəşən zaman həmin kadrla bağlı nazir ölçü götürülür. Guya özünü sığortalayır ki, rüşvətə qarşı mübarizə aparır. Bu, birmənalı şəkildə qəbuledilən deyil. Elm və Təhsil Nazirliyi rüşvət sisteminin başında durur və buna marağı var".

Ekspert bildirib ki, ölkənin təhsil büdcəsinin böyük bir hissəsi təlimlərə yönəldilib:

"Bəs o təlimlərin hansı nəticələri var? Heç bir nəticəsi yoxdur! Təlimlər zamanı yol verilmiş korrupsiya hallarını artıq ən ucqar kənd məktəbində çalışan müəllim də bilir.

Nazirliyin başı layihələrə qarışıb. Ölkənin təhsil sistemində tərbiyə mühiti pozulub. Səriştəsiz kadrların təyinatı məsələsi də var. Emin Əmrullayevin Azərbaycan təhsilinin idarə edilməsindən heç xəbəri yoxdur. Sanki təhsil sistemi idarəolunmaz vəziyyətə gəlib. Bunun əsas səbəbkarı və bu vəziyyəti yaradan məhz Emin Əmrullayevin pul qazanmaq sevdasıdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Saxavət
    Gic gic yazılar yazmayın ayıbdır utanın .Naziri şərləməyin. Şər danışmaq zəncirinizə yapışıb ?
    11 months ago
  • Saxavət
    Gic gic yazılar yazmayın ayıbdır utanın .Naziri şərləməyin. Şər danışmaq zəncirinizə yapışıb ?
    11 months ago
  • Fatimə
    Duz deyir mən razıyam Emin əmrullayev formal şəkildə vətəndaş qəbulu keçirdir insanları qəbul etmir qaçır səbəbi nədir ? Niyə milletin dərdin dinləmir təhsil puroblemleri haqqında kimə hara dərdimizi deyə bilərik? Azərbaycan vətəndaşı olaraq hüquqlarımız kobudcasına pozulub cənab prezidentdən dərdimizi şikayetlərimizi gizləyirlər!
    11 months ago