“Bu, Xanlar Vəliyevin üzr istəməsilə qapanan iş deyil”   - “Ortada cinayət var”

saytların hazırlanması

Evə çatdırılma

“Bu, Xanlar Vəliyevin üzr istəməsilə qapanan iş deyil” - “Ortada cinayət var”

Maraqlı

09 Yanvar 2023 17:05 1753


“Əslində, mən bu prosesləri kənardan müşahidə edirəm. Bu işlərin içində olmadığım üçün rəy verməyim düzgün deyil. Mətbuat üçün hansısa söz deyə bilmirəm. Elə yalandan danışmaq xatirinə də danışmaq istəmirəm”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu hərbi prokuror Xanlar Vəliyevin açıqlamasına münasibət bildirərkən deyib.

Xatırladaq ki, X.Vəliyev mediaya olan açıqlamasında ona qarşı səslənən ittihamları rədd edib və üzr istəməsi üçün heç bir əsasının olmadığını dilə gətirib.  pizza hut

Öz növbəsində, R. Kərimoğlu vurğulayıb ki, bu barədə mütləq araşdırma getməlidir:

“Ümumi hamının bildiyi şeyi bilirəm. Ortada ciddi bir fakt var və yəqin ki, araşdırma gedəcək, günahkarlar cəzalandırılacaq. Mən 30 ilin jurnalisti olduğum üçün bəsit danışmaq istəmirəm. Çünki prosesi dəqiq bilmirəm. Biz 2017-ci ildə etirazımızı müəyyən strukturlara bildirdik. Amma sonra kim tutulub, kim qalıb, necə olub, filankəs nə dedi, nə demədi - bunlardan məlumatsızam. Ona görə də hər hansı bir açıqlama verməyim düzgün deyil. Lakin bütövlükdə ortada Zahid Orucun açıqlaması var. Hər halda ciddi faktlar var ki, onlar açıqlama verirlər”.

“O ki qaldı Xanlar Vəliyevin üzr istəməsinə, üzrlə bu işin yekunlaşması mümkün deyil. Ortada cinayət faktları var, araşdırma gedir. Buna ən düzgün qiyməti hüquq-mühafizə orqanları və ölkənin siyasi rəhbərliyi verəcək. Bəlkə orada elə ciddi faktlar var ki, həbs olunmalıdır? Bilmirik axı. Bu məsələ üzrlə qapanan iş deyil”, – müsahibimiz fikirlərini tamamlayıb.

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!