Bu xəstələrdə koronavirusun ağır fəsadlar yaratması riski 5 qat çoxdur

saytların hazırlanması

Evə çatdırılma

Bu xəstələrdə koronavirusun ağır fəsadlar yaratması riski 5 qat çoxdur

Sağlamlıq

03 Aprel 2020 16:32 962


“Koronavirus infeksiyası onkoloji xəstələrdə daha böyük fəsadlar yarada bilər”.

Yenisabah.az xəbər verir ki, bu fikirləri tibb elmləri namizədi, Rusiya Klinik Onkologiya Cəmiyyətinin üzvü Natalya Dengina səsləndirib.

O, koronavirusa yoluxmuş onkoloji xəstələrdə ağır fəsadların yaranması riskinin 5 qat çox olduğunu aydınlaşdıran çinli həmkarlarına istinadən belə deyib. Dominos pizza

Natalya Dengina hesab edir ki, xərçəngin toksik müalicəsi orqanizmin resurslarını zəiflədir. “Bir çox hallarda bədxassəli prosesin inkişafı zamanı immun çatışmazlığı müşahidə edilir. Kimyəvi terapiyadan sonra yaranan  leykopenik fəsadlar isə ümumi mənzərini daha da ağırlaşdırır”, - deyə tibb mütəxəssisi vurğulayıb.

Onkoloq qeyd edib ki, koronavirusa yoluxma ilə bağlı bütün onkoloji xəstələr daxildir: "Artıq lazımı müalicəni tam almış, orqanizmindəki fəsadları zərərsizləşdirilmiş yaxud ümumiyyətlə, mövcud olmayan pasientlər də rahatlaşmamalıdırlar”.

Natalya Denginanın sözlərinə görə, onkoloji xəstədə koronavirus infeksiyası aşkarlanarsa, şiş əleyhinə müalicədən söhbət gedə bilməz: "Bu cür pasient xəstəliyin yüngül olduğumüddətdə təcrid olunmalı və ev şəraitində dəstəkləyici müalicə almalıdır. Xəstəliyin ağır forması olduqda isə yoluxucu xəstəxanaya yerləşdirilməlidir”.

Tibb mütəxəssisi onkoloji xəstələrə karantin qaydalarına daha ciddi əməl etməyi məsləhət görür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!