“Bu xəstəlik etdiyimiz günahlardır, qabağımıza çıxıb” - Xalq artisti + Video

saytların hazırlanması

Evə çatdırılma

“Bu xəstəlik etdiyimiz günahlardır, qabağımıza çıxıb” - Xalq artisti + Video

Şou

28 İyun 2020 22:37 1268


ATV-də yayımlanan “Bizimləsən” proqramında qonaq olan Xalq artisti Şamil Süleymanlı qalmaqallı açıqlaması ilə diqqət mərkəzinə düşüb. 

Yenisabah.az xəbər verir ki, aktyor bildirib ki, koronavirusun yayılması bizim etdiyimiz günahlar, səhvlərdir ki, qabağımıza çıxıb. 

Aktyor kişilərin görüşərkən öpüşməsini, yas məclislərində baş tutan sövdələşmələri tənqid edib: pizza hut

“Əgər keçmiş əsərlərdə kişilərin həyatına baxsanız, görərsiz ki, onların görüş yeri teatrlar olub. İndikilərin görüş yeri isə yaslardır. Yasda dost tapırlar, övladına qız bəyənirlər, yaltaqlıq edirlər. Kişi də kişini qucaqlayıb öpər? İndi öp görüm, necədir? Son vaxtlar kişilərin öpüşməsi dəbə düşmüşdü”.

Verilişin aparıcısı Zaur Baxşəliyev aktyorun sözlərinə düzəliş etmək istəsə də, Şamil Süleymanlı fikrindən dönməyib.  /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!