Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilməsi haqqında qərar imzalayıb.
“Yeni Sabah” xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların
aksiz dərəcələri”ndə “2710 19 210 1” və “2710 19 210 9” alt yarım-mövqelərinə aid sətirlər aşağıdakı redaksiyada verilib: Dominos pizza
- reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq - 1 ton üçün 80,0 manat (31.12.2024-cü il tarixinədək – 1,0 manat)
- reaktiv mühərriklər üçün digər yanacaq - 1 ton üçün 80,0 manat (31.12.2024-cü il tarixinədək – 1,0 manat)
Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.
Telegram kanalımız