Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi əməliyyatları nəticəsində icra başçılarının rüşvət və korrupsiyaya görə həbsi cəmiyyətdə rezonansa səbəb olub. Ölkənin tanınmış ictimai-siyasi xadimləri prosesin davamlı olmasını, rüşvət və korrupsiayaya qarşı mübarizənin daha da sərtləşdirilməsini, əməliyyatların digər mərkəzi icra hakimiyyəti orqanlarında da keçirilməsinin labüdlüyün vurğulayırlar.
Mövzu barədə Yenisabah.az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, həbs edilən icra başçıları və bu tip məmurlar rüşvət və korrupsiya ilə məşğul olmağı özlərinin həyat tərzinə çeviriblər.
“Bu adamlar rüşvət almağı, xalqı talamağı, vətəndaşların qanını zəli kimi sourmağı özlərinin həyat təriznə çeviriblər. Əfsuslar olsun ki, bu əksər icra hakimiyyətlərində belədir. Ölkənin mərkəzi icra hakimiyyəti orqanlarında, yəni, nazirliklər səviyyəsində də rüşvət və korrupsiya kök salıb. Bu isə Azrbaycanın inkişafı fonunda dissonans kimi görünür. Bu rüştət və korrupsiya mexanizmi dağıdılsa, məmurlar mənəvi cəhətdən təmiz, vəzifə öhdəliklərinə vicdanla yanaşalardan ibarət olsaydı, Azərbaycan bölgənin deyil, dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrilə bilərdi”, - deyə politoloq vurğulayıb. pizza mizza
Qabil Hüseynli Qarabağ probleminə diqqət çəkərək əlavə edib ki, belə bir şəraitdə mərkəzi və yerli idarəetmə orqanlarında rüşvət və korrupsiayaya, vəzifə səlahiyyətlərindən sui-istifadəyə, xalqın ehtiyaclarına biganə yanaşmağa, korrupsiya yolu ilə rayon miqyaslı oliqarxlara çevrilənlərə qarşı amansız mübarizə aparılmalıdır: “Bu insanlar inkişamız yolunda ən ciddi əngəldir. Bu insanlar sözün həqiqi mənasında tüfeyli və istismarçıdırlar. Ölkənin hüquqi dövlət, qanunların aliliyi prinsipinə kölgə salan, bu prinsiplərin işləməsinə mane olan anti-dövlətçidirlər. Faktiki olaraq bu adamlar ballas kimi Azərbaycandan asılıblar və ölkənin inkişafına doğru hərəkətinə mane olurlar.
Bu mənada onlardan xilas olmaq üçün ölkə Prezidentinin 2018-ci ildən başlayan həm kadr, həm də struktur islahatları, rüşvət və korrupsiaya qarşı müharibə elan etməsi çox böyük səmərə verməkdədir.
Doğudur, həbslərdən nəticə çıxarmayan və yenə də ağzın hərəkətlərini davam etdirənlər var. Bu da onu göstərir ki, biz idarəçilik, kadr sistemində ciddi islahatlar aparmalıyıq. İctimai rəyin nəzarətindən keçmiş, vətənə sədaqət sınağından çıxmış, intellektual, mənəvi cəhətdən təmiz kadrların bankını yaratmalıyıq. Elə etməlyik ki adamlar vəzifəyə tamah naminə yox, vətənə xidmət naminə can atsınlar. Təəssüflər ki, hələ də vəzifədən yararlanmaqla var-dövlət qazananlar var və sərvətlərinin bir hissəsini də ölkədən çıxarırlar. Təsəvvür edin, Prezident ölkəyə investisiya cəlb etmək istəyir, amma bu yaramazlar pulları başqa ölkəyə daşıyırlar. Hesab edirəm ki, bu cür hallara qarşı amansız mübarizə aparılmalıdır”.
Telegram kanalımız