“Bu yaşda deputat olmaq doğru deyil” - YAP-çı millət vəkilindən   Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Bu yaşda deputat olmaq doğru deyil” - YAP-çı millət vəkilindən Açıqlama

Siyasət

01 Yanvar 2020 09:21 7679


Beşinci çağırış Milli Məclisin deputatı olmuş Ağacan Abiyevin Azərbaycan Boks Federasiyasının Birinci vitse-prezidentiyindən getməsi barədə xəbər yayılıb. Buna səbəb kimi səhhətində yaranan problem göstərilib.

"Yeni Sabah" xəbər verir ki, Ağacan Abiyev modern.az-a açıqlamasında yayılan xəbərlərin yalan olduğunu deyib:

“İllərdir ki, Azərbaycan Boks Federasiyasının Birinci vitse prezidenti  kimi çalışıram. Ancaq Federasiyaya gedib gəlməyimdə problem yoxdur. Yarışdan-yarışa, iclasdan-iclasa qatılmağımda heç bir problem yoxdur. Sözsüz ki, Federasiyadakı işlərimi davam etdirmək fikrindəyəm. Vaxtilə “Boks mənim həyatımdır”adlı kitab yazmışdım. Doğrudan da, boks mənim həyatımdır. 15 yaşımdan boksla məşğul oluram. Deyim biləsiz. Hələ indiyə kimi SSRİ  boyda dövlətdə bir nəfər də olsun olimpiya oyunlarında baş hakim olmayıb. Ancaq mən olmuşam”. Dördpendirli pizza

Ağacan Abiyev deputatlığa namizədliyini verməməsi barədə də danışıb:

“Hər şeyin həddi-hüdudu var. Hesab edirəm ki, bu yaşda deputat olmaq doğru deyil. Səhhətim də əl vermir. Deputatlığa namizədliyimi verməməklə bağlı  qərarımı lap çoxdan vermişəm. Hətta, 2 il bundan qabaq yenidən deputat olmayacağımı düşünmüşəm”.

Qeyd edək ki, Ağacan Abiyev üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub. Yeni Azərbaycan Partiyasının üzvüdür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!