Bu yolda hərəkət məhdudlaşdırılacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu yolda hərəkət məhdudlaşdırılacaq

Sosial

10 İyun 2025 15:23 235


R-51 M-2 (336 km)-Gəncə avtomobil yolunun 2-ci kilometrində yerləşən körpünün təmiri ilə əlaqədar olaraq, 11 iyun saat 00:00-dan başlayaraq sözügedən hissədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.        

Bu barədə Yenisabah.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. 

Bildirilir ki, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq. Qeyd edək ki, nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq körpünün yanındakı alternativ yolla təmin olunacaq.  pizza hut

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur", - son olaraq qeyd olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!