Bu yollarda təmir aparılacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu yollarda təmir aparılacaq

Avto

13 May 2020 10:07 1433


Bu gün axşam saatlarınadək Moskva prospektinin köməkçi yolunda (Şamaxı yolu adlanan ərazi), Bakı Dairəvi-1 avtomobil yolu və Sumqayıt yolu (Masazır dairəsi istiqamətində), həmçinin 28 may küçəsində üfüqi nişanlanma xətlərinin çəkilişi və qeyd olunan yolların bəzi hissələrində əyrixətli dəmir tirlərin təmiri işləri aparılacaq.

Yenisabah.az xəbər verir ki, işlər avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması məqsədilə aparılır. 

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!