“Bu zərərli təşəbbüs beşiyində boğulmalıdır” –   Müsavat başqanı

saytların hazırlanması

Evə çatdırılma

“Bu zərərli təşəbbüs beşiyində boğulmalıdır” – Müsavat başqanı

Hadisə

20 Noyabr 2020 10:13 1619


“Fransa senatı noyabrın 25-də yuxarı Qarabağ ərazisində erməni dövlətinin tanınmasını tövsiyə edən qətnamə qəbul etməyə hazırlaşır. Minsk qrupu həmsədr dövlətlərindən biri kimi uzun illər ərzində üzərinə düşən missiyanı yerinə yetirə bilməyən Fransada bu proseslərin geniş miqyas alması mahiyyət etibarı ilə münaqişənin yenidən qızışdırmaq cəhdidir”.

Yenisabah.az xəbər verir ki, bu barədə Müsavat Partiyasının sədri Arif Hacılı social şəbəkədə yazıb.

Müsavat başqanı qeyd edib ki, bu cür qətmamə qəbul olunsa belə həmin sənədin hansısa hüquqi qüvvəsi olmayacaq: Pepperoni pizza

“Bununla belə bütün siyasi-diplomatik imkanlardan istifadə edərək həmin qətnamənin qəbul edilməsinin qarşısı alınmalıdır. Siyasi və ictimai qurumlar, diaspora təşkilatları, Avropa strukturlarında çalışan hər bir həmyerlimiz, Azərbaycanın bütün dostları bu işə səfərbər olunmalı, bu zərərli təşəbbüs beşiyində boğulmalıdır. Müsavat Partiyası bütün siyasi imkanlarından və əlaqələrindən istifadə edərək belə qətnamənin qəbul olunmamasına səy göstərəcək”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!