Büdcədə azad edilmiş torpaqların yenidən qurulması məsələsinə xüsusi önəm verilib

saytların hazırlanması

Evə çatdırılma

Büdcədə azad edilmiş torpaqların yenidən qurulması məsələsinə xüsusi önəm verilib

İqtisadiyyat

23 Dekabr 2020 11:55 754


2020-ci il Azərbaycan tarixində müstəsna bir il kimi yadda qalacaq. Cənab Prezidentin rəhbərliyi altında Azərbaycan Ordusu Azərbaycan torpaqlarını işğaldan azad etdi və şanlı qələbəyə imza atdı.

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, işğaldan azad edilmiş torpaqların yenidən qurulması və bərpa edilməsi qarşımızda duran ən ümdə məsələdir. 2021-ci ilin dövlət büdcəsində bu məsələyə xüsusi önəm verilib. Həmin ərazilərdə müasir infrastrukturun yaradılması üçün dövlət büdcəsindən 2.2 milyard manat vəsait nəzərdə tutulur. Eyni zamanda müdafiə qabiliyyətinin gücləndirilməsi üçün kifayət qədər vəsait artırılıb. Müdafiə xərclərinin cəmi 4.6 milyard manata yaxındır. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!