“Budyo-Qlimt”lə matçda çox diqqətli olmalıyıq” - Qurban Qurbanov

saytların hazırlanması

Evə çatdırılma

“Budyo-Qlimt”lə matçda çox diqqətli olmalıyıq” - Qurban Qurbanov

İdman

06 Noyabr 2024 22:48 1101


"Sabahkı matçda çox diqqətli olmalıyıq".

Yenisabah.az "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında Norveçin "Budyo-Qlimt" komandasına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis güclü kluba qarşı oynayacaqlarını bildirib: pizza sifarişi

"Budyo-Qlimt" son vaxtlar qarşılaşdığımız ən intizamlı kollektivlərdən biridir. Rəqib komandanın heyətində meydana çıxacaq futbolçular demək olar hər biri norveçlidir. Ümumiyyətlə göstərdikləri nəticələrə görə son vaxtlar Norveç futbolunun yüksəlişdə olduğunu deyə bilərik. Bu komandanın özünə xas olan oyun üslubu var. Sabahkı matçda çox diqqətli olmalıyıq. Rəqibin üstün cəhətləri çoxdur. İnanıram ki, futbolçularımız meydanda əllərindən gələnin ən yaxşısını edəcəklər".

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunda "Budyo Qlimt" - "Qarabağ" oyunu noyabrın 7-də, saat 21:45-də başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!