Buğdanın qiyməti kəskin bahalaşdı 

saytların hazırlanması

Evə çatdırılma

Buğdanın qiyməti kəskin bahalaşdı 

İqtisadiyyat

25 İyul 2023 11:23 20396


Qara dəniz regionundan tədarükün azalması qorxusu buğdanın qiymətinin fevralın ortalarından bəri maksimuma yüksəlməsinə səbəb olub. 

Yeünisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, Çikaqo birjasında buğda fyuçersləri təxminən 2,6 faiz bahalaşaraq 7,7725 dollar/buşelə (bir buşel təxminən 27 kiloqrama bərabərdir) çatıb. 

Buğda Rusiyanın taxıl sazişindən çıxması fonunda bahalaşır. Qiymətlərin qalxması Odessa vilayətində obyektlərə raket zərbələri endirilməsi barədə xəbərlərdən sonra sürətlənib.  Dördpendirli pizza

Qlobal buğda tədarükünün təxminən 30 faizi Rusiya və Ukraynanın payına düşür. Eyni zamanda, ABŞ-ın bir sıra əsas kənd təsərrüfatı regionlarında hökm sürən quraqlıq ölkədə taxıl məhsulu ilə bağlı proqnozların pisləşməsinə səbəb olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!