Bülənt Ərsoya 100 minlik üzük bağışlayan Nigar danışdı -   Görün hansı şirkətin sahibi imiş

saytların hazırlanması

Evə çatdırılma

Bülənt Ərsoya 100 minlik üzük bağışlayan Nigar danışdı - Görün hansı şirkətin sahibi imiş

Şou

28 Yanvar 2020 08:34 5055


Bülənt Ərsoya bahalı üzük hədiyyə edən azərbaycanlı iş xanımının kimliyi məlum olub.

“Yeni Sabah” xəbər verir ki, Nigar Məmmədova “Boomerang Label” adlı şirkətin sahibidir. Türk mediasında isə B.Ərsoya hədiyyə edilən üzüyün dəyərinin 100 min dollar olduğu qeyd edilib.

Məsələ ilə bağlı Axşam.az-a danışan Nigar Məmmədova zinət əşyasının qiyməti haqda məlumat verməyib: “Qiyməti deməyəcəyəm. Bülənt xanıma nə qədər bahalı hədiyyə verilsə də, onun sənətinin qarşısında dəyərsizdir. Bu barədə daha çox danışmaq istəmirəm”. pizza hut

Qeyd edək ki, N. Məmmədovanın B.Ərsoya hədiyyə etdiyi üzük brilyant və safirdən ibarət olub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!