Türkiyəli müğənni Bülənt Ərsoy da Azərbaycanla bağlı paylaşım edib.
Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında paylaşım edən diva bunu 18 oktyabr Müstəqillik Günü münasibətilə etdiyini bildirib.
Müğənni Roza Zərgərli Ərsoyla telefonla danışdığını, onun apreldə Bakıya gələcəyini bildirib: Pepperoni pizza
"Bilirsiniz ki, Bülənt Ərsoyun Bakı konsertinin vaxtı pandemiyaya görə dəyişdirilib. Danışıqlar hələ də qüvvədədir. Əgər hər şey düzəlsə, konsert apreldə olacaq. Tədbirin təşkilatçısı "Boomerang label"in rəhbəri Nigar Məmmədovadır. Mən isə gecəsinin siması seçilmişəm. Konsertdə Bülənt Ərsoyla eyni səhnəni bölüşəcəm".
Telegram kanalımız